İranda etirazlarda azərbaycanlı tələbə öldürüldü

   İranda etirazlarda azərbaycanlı tələbə öldürüldü
  18 Noyabr 2022    Oxunub:987
Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə azad İran teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, tələbə qız hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib.

Qeyd edək ki, noyabrın 16-dək İranda etirazlar başlayandan öldürülənlərin sayı 362 nəfərə çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti