Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək
  18 Noyabr 2022    Oxunub:629
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfər edib.
Bu barədə AzVision.az -a MSK-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan MSK nümayəndə heyətinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan MSK-nın sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.

Səfər çərçivəsində MSK-nın sədri Məzahir Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinin inkişaf perspektivləri və seçkilər sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

MSK-nın nümayəndələri Qazaxıstanın paytaxtında yerləşən seçki məntəqələrində müşahidə aparacaq və səsvermə günü proseslərini izləyəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti