Paşinyan istintaqda dindirilib

    Paşinyan istintaqda dindirilib
  18 Noyabr 2022    Oxunub:921
Ermənistanın Baş naziri Nikol Paşinyan şahid qismində İstintaq Komitəsində dindirilib.
Komitənin məlumatına görə, Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddia edilən cinayət faktı üzrə ibtidai istintaq aparılır.

Həlak olan hərbçilərin yaxınları Paşinyanın dindirilməsini və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasını tələb ediblər. Bu proses çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti