Cəlilabdda 3 yaşlı qız kimyəvi həlledicidən zəhərləndi

   Cəlilabdda 3 yaşlı qız kimyəvi həlledicidən zəhərləndi
  20 Noyabr 2022    Oxunub:717
Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.

Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

O reanimasiya şöbəsinə yerləşdirilib .Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti