Təlimlərdə Nazirlik sistemində çalışan peşəkar və təcrübəli əməkdaşlar tərəfindən media işçilərinə əmək, məşğulluq, sosial müdafiə sahələrində göstərilən xidmətlərə, bu sahələrdə aparılan islahatlara, tətbiq olunan innovativ yeniliklərə və sosial hədəflərə, sahəvi terminologiyaya dair məlumatlar verilməsi nəzərdə tutulur.
Habelə bu mövzularda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq .
Məqsəd media nümayəndələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması və bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.
Təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim ediləcək.




AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


