Sabah yağış yağacaq

   Sabah yağış yağacaq
  15 Mart 2023    Oxunub:758
Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah səhər saatlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti