Avropa siyasətinin Bakıda görünən sifəti

Avropa siyasətinin Bakıda görünən sifəti
  24 May 2014    Oxunub:1553
Müasir dünya imperiya metodlarının bərpasına doğru gedir. Müasir tarixdə hələ heç vaxt beynəlxalq normalardan onları təsdiqləyən xalqlara qarşı bu dərəcədə həyasızcasına istifadə olunmayıb.

21-ci əsrin ilk onilliyini `həyata keçməyən ümidlər onilliyi` adlandırmaq olar. Böyük dövlətlərin və regional güclərin möhtəşəm planları uğursuzluğa düçar oldu. ABŞ-ın birqütblü dünya yaratmaq planları baş tutmadı, Avropa İttifaqının Barak Obamanın şəxsində “yumşaq”Amerika himayəsindən azad olacağı və dünya siyasətində birinci yerə çıxacağı barədə ümidləri də puç oldu.

Qərb hələ də dünya ölkələrini `özününkülər` və `digərləri` olmaqla iki yerə bölür. İordaniya və Səudiyyə Ərəbistanında İran və Özbəkistana nisbətən öz ölkələrində siyasi azadlıqları daha sərt şəkildə məhdudlaşdıran despotik və avtoritar rejimlər var. Lakin Qərb təşkilatlarının hesabatlarında Səudiyyə kralı və ya ikinci Abdullaya qarşı hər hansı bir tənqidi görmək praktiki olaraq mümkün deyil. Onlar özünükülərdir. Tənqid olunanlar isə başqaları.

Bakıda baş tutan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası Qərb siyasi institutlarının nə qədər deformasiyaya uğradığını, və Azərbaycanın problemlərinin Qərb üçün nə qədər yad olduğunu göstərdi.
“Azərbaycanda sərbəst toplaşmaq, özünü ifadə və məhkəmə azadlığı barədə problemlər öz həllərini tapmalıdır”, - deyə Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında AŞPA sədri Anna Brassör bildirib. O, qeyd edib ki, həbsdə olan İlqar Məmmədovla görüşməyə çalışacaq: “Avropa məhkəməsi İlqar Məmmədovla bağlı qərar qəbul edib. Hakimlər onun azadlıqdan məhrum edilməsinin ədalətsiz olması barədə nəticəyə gəliblər. Ümid edərəm ki, hökumət dairələri mənim tərəfimdən səslənən problemləri həll etməyə cəhd edəcəklər”.

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov AŞPA sədrinin çıxışına tənqidlərlə başladığına görə öz narazılığını bildirib. Onun sözlərinə görə, Azərbaycan korrupsiyaya qarşı mübarizə aparır və AŞPA Azərbaycanda keçirilən islahatları dəstəkləməlidir. Parlament sədri bildirib ki, AŞPA Ermənistanın işğalçılığına, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, qaçqın və məcburi köçkünlərin problemlərinə daha diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ona yaxın 7 rayonu işğal edib. 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Lakin Ermənistana qarşı hər hansı bir sanksiya qəbul olunmayıb”.

İşğal olunan ərazilərə Ermənistandan gedən şəxslər “persona non-qrata” elan ediliblər. Rene Rukeyə viza verilməməsinə görə AŞPA iki il ərzində Bakıda komitə iclasını keçirilməyəcək. “Avropa Şurası artıq öz təsirini itirir. Ərazi bütövlüyü prinsipi Avropa Şurasının mövcudluğunun əsas şərti olmalıdır. Əgər bu, belə davam etsə, Avropa Şurası Avropanın siyasi səhnəsindən itə bilər”, - deyə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasında çıxışı zamanı AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.

- Biz AŞPA-ya qəbul olunanda əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq idi. Amma bu gün görürük ki, AŞPA-ya üzv olan ölkələrin əraziləri işğal olunur, heç bir dəstək verilmir. Əraziləri işğal olunmuş Gürcüstana, Azərbaycana qeyri-qanuni səfərlərə mane olmaq istədiyinə görə cəzalar tətbiq olunur. Əminəm ki, sabah bu cəza Ukraynaya qarşı da tətbiq olunacaq. Çünki onun da Krım yarımadası işğal olunub və ora da qeyri-qanuni səfər edənlər olacaq. Biz başa düşürük ki, AŞPA sədrinin müavini hansısa ölkəyə səfərinin qarşısının alınması yaxşı hal deyil. Amma nə üçün AŞPA sədrinin müavini belə davranışa yol verərək işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər edir? Onu AŞPA-nın nüfuzu yox, erməni lobbisinin nüfuzu maraqlandırır,– deyə Seyidov o bildirib.

Gördüyümüz kimi bu gün liberal demokratiya iflasa uğrayır – bu, bizim hamımıza aydındır. Bu sistem sadəcə iyrənc formada işləyir. Söz və fikir azadlığı illüziyası altında gizlənən “demokratlar” bəşəriyyəti fəal şəkildə istismar edirlər. Heç kimə sirr deyil ki, Qərb insultlarının əksəriyyəti NATO, ATƏT, AŞPA, Avropa Şurası ABŞ-ın bırbaşa nəzarəti altındadır və onlar siyasi sifarişləri həyata keçirir.

Amerika demokratiyası –xalqların böyük kapital hakimiyyətinə tabe olmasıdır, insanların və proseslərin idarə olunmasının modelidir. Bu modeldə çox varlı şəxslər səhnə arxasından xalqın adından bütün daxili və xarici qərarları qəbul edir, prezidentlər və parlamentlər isə yalnız fəaliyyət göstərdiklərini təqlid edir. Növbə ilə Amerikada hakimiyyətə gələn iki siyasi partiya – eyni maliyyə bazları birliyinin uşağıdır.

Və Obama seçicilərə nə vəd verirsə-versin (məsələn, xaricdə hərbi əməliyyatları dayandırmaq) səhnə arxasında olanların qərarına qarşı çıxa bilmir. Səhnə arxasında dayananlar isə yalnız gəlir və hakimiyyəti hədəfləyiblər. “General Motors üçün nə yaxşıdırsa, Amerika üçün o yaxşıdır” devizi yerini “dünya işbazlarına nə yaxşıdırsa, Amerika və bütün bəşəriyyət ona etiqad etməlidir” devizinə verib. Qərb üçün beynəlxalq hüquq, tarixi ədalət və dünyanın çoxqütblülüyü kimi anlayışlar çoxdan yerini istehzalı təbəssümlərə verib.

ABŞ-ın dünya hegemonluğu əhəmiyyətli dərəcədə qorxuya əsaslanır, lakin avropalılardan artıq elə də çox qorxmurlar. Fransa, Böyük Britaniya və İtaliyanın Liviya kampaniyası göstərdi ki, səhralıq, altı milyon əhalisi olan Liviyaya qarşı bütün hərbi gücünü ortaya qoyan Avropa hətta ABŞ-ın köməyi ilə olsa belə, hərbi-siyasi problemləri elə də asanlıqla həll edə bilmir.

Aydındır ki, Avropanın Azərbaycanla münasibətlərində əsas olan demokratiya, insan hüquqları, Qarabağ deyil, əvvəllər olduğu kimi geosiyasi maraqlardır. Beynəlxalq hüquq sistemi əslində mübahisələrin həll edilməsində etibarlı dayaq deyil, geosiyasi hədəflərə nail olmaq üçün alətə çevrilib. Avroliberalların prinsip etibarilə siması də məhz budur. Faktik olaraq dövlətlərin münaqişələri həll etməsi üçün müraciət etdiyi beynəlxalq hüquq artıq çoxdan mövcud deyil. Onu yalnız Qərbə məxsus olan demokratiya monopoliyası ilə əvəz etdilər.

Avropa siyasətçilərinin riyakarlığı və ikiüzlüyü təəccüblü deyil . Onlar bunu ilk dəfə deyil ki, göstərirlər. Çexslovakiyanı tutduqdan sonra Hitleri `ilin adamı` elan edərək, onun Nobel mükafatına namizədliyini irəli sürmüşdülər. Cənablar, tarix təkrarlanır? Bax, buna görə, Avropa Qarabağa laqeyddir.

Zaur Rəsulzadə
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti