"Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər"
"Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir. Lakin, əlbəttə, indiki şəraitdə təbii ki, ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, mənimlə birlikdə çox nüfuzlu nümayəndə heyəti, çoxlu nazir, dövlət strukturlarının rəhbərləri gəliblər. Əminəm ki, qardaş Qazaxıstan torpağında olan nümayəndə heyətinin üzvləri də fəallıq göstərəcək, biz yaxşı nəticələrə nail olacağıq və görülmüş işlərə yekun vurmaq üçün növbəti həddi müəyyən edəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm", - Prezident qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


