"İlham Əliyev mənə ən böyük mükafatı Qarabağda verib" - Aqil Abbas
Deputat bildirib ki, belə bir xəbər onun üçün sürpriz olub.
"Xəbəri 20 dəqiqə olar eşitmişəm. Əməyimə verdiyi qiymətə görə prezidentə təşəkkür edirəm. Sürpriz oldu. Açığı gözləmirdim. Mənə ən böyük mükafatı prezident Qarabağı azad edəndə verib. Ağdamı, Şuşanı, Kəlbəcəri işğaldan azad görmək elə ən böyük mükafatdır. Evimizə raghat gedib gəlirəm".
Qeyd edək ki, Aqil Abbasov1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Bundan başqa Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov da 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: AqilAbbas







Vaxtında, Aydın, Lazımlı!


