Ruslan Əliyev Rusiya XİN-in döş nişanı ilə təltif edilib

Ruslan Əliyev Rusiya XİN-in döş nişanı ilə təltif edilib
  11 Aprel 2023    Oxunub:2336
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Qarşılıqlı fəaliyyətə görə” döş nişanı ilə təltif edilib.
AzVision.az xəbər verir ki, RF-nin xarici işlər naziri Sergey Lavrovun 27 mart 2023-cü il tarixli Əmrinə əsasən, Azərbaycanın Rusiyada ticarət nümayəndəsi Ruslan Əliyev Rusiya və Azərbaycan arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə verdiyi mühüm töhfəyə görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Qarşılıqlı fəaliyyətə görə” döş nişanı ilə təltif edilib.

Ruslan Əliyev MDBMİ-ni bitirib, Azərbaycan XİN-də, SOCAR-da çalışıb, “Atəşgah” birgə Rusiya-Azərbaycan sığorta şirkəti Direktorlar Şurasının sədridir. O, həmçinin MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzi və Beynəlxalq təbiətdən istifadə və ekologiya üzrə kompleks problemlər kafedrasının təsisçisidir. R.Əliyev MDBMİ-nin “Xidmətlərə görə” ordeninə layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı Fərmanla Ruslan Əliyevə 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi ranqı verilib və o, RF-də ölkəmizin ilk ticarət nümayəndəsi təyin edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti