Azərbaycandakı türklərin səs verəcəyi tarix və ünvan

   Azərbaycandakı türklərin səs verəcəyi tarix və ünvan
  12 Aprel 2023    Oxunub:1139
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qardaş ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, diplomatik nümayəndəliyin binasında (Səməd Vurğun küçəsi 134) seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir. Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti