Ağstafada aşkarlanan meyitin kimliyi müəyyən edilib

   Ağstafada aşkarlanan meyitin kimliyi müəyyən edilib
  12 Aprel 2023    Oxunub:1201
Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib. İbtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti