"Korpus komandirinin ərazidə olması göstərir ki, dünənki hadisə, düşünülmüş plan idi"

      "Korpus komandirinin ərazidə olması göstərir ki, dünənki hadisə, düşünülmüş plan idi"
  12 Aprel 2023    Oxunub:1680
"Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan xüsusi təyinatlı korpusunun komandirinin və onun müavininin təxribat zamanı ərazidə olması göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi.

Prezident Ermənistanın son təxribatından danışdı
"Təxribatın Laçında baş tutması həm də məcburi köçkünlərin geri qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirə bilər. Ermənistan belə destruktiv addımlardan çəkinməlidir. Əks halda nəticəsi ağır olacaq. Biz dünən də bunu gördük. Ona görə də Ermənistan məsuliyyətsiz, təhlükəli addımlardan çəkinməlidir. Beynəlxalq tərəfdaşlar da buna çalışmalıdırlar. Prezident İlham Əliyev Qazaxıstanda qarşı tərəfə ciddi mesajlar vermişdi. Əlbəttə, bir gün sonra bu cür təxtibatın baş verməsi qəbuledilməzdir".

O bildirib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb : "Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik".

AzVision.az


Teqlər:  



Xəbər lenti