Azərbaycan və Ermənistan razılaşdı: Danışıqların növbəti raundu

  Azərbaycan və Ermənistan razılaşdı:  Danışıqların növbəti raundu
  12 Aprel 2023    Oxunub:1687
"Ermənistan və Azərbaycandan olan tərəfdaşlar Rusiyanın sülh müqaviləsi üzrə ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi təklifini qəbul ediblər".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Onun sözlərinə görə, Rusiyanın Ermənistan və Azərbaycana bu ölkələr arasında sülh müqaviləsinin hazırlanmasında hər cür kömək etmək səyləri zəifləmir.

“Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi təklifimizi qəbul etdilər. Bütün bunlar nə vaxt ki, razılaşdırılacaq və biz bu məlumatı dərc edə biləcəyik o zaman tarix açıqlanacaq”, - Zaxarova bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti