Prokurorluq Sabirabadda regional konfrans keçirəcək

Prokurorluq Sabirabadda regional konfrans keçirəcək
  13 Aprel 2023    Oxunub:941
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 18-də Sabirabadda ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
AzVision.az -ın məlumata görə, konfransda, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti