Qalmaqallı uşaq evinə yeni direktor təyin edildi

   Qalmaqallı uşaq evinə yeni direktor təyin edildi
  13 Aprel 2023    Oxunub:1431
Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru dəyişilib.
AzVision.az xəbər verir ki, uşaq evinin əvvəlki rəhbəri Məhbubə Hüseynova işindən azad olunub və yerinə Gülnarə Şəmiyeva təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətind başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, həmin uşaq evində qalan və müəssisə ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev bir müddət əvvəl 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Bu, isə ictimaiyyətin kəskin etirazına səbəb olmuşdu. Yeniyetmənin əqli durumunun normal olduğunu söyləyən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov daha sonra yaşa görə işdən çıxarılmışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti