“Buta Airways”in təyyarəsi təcili eniş edib

 “Buta Airways”in təyyarəsi təcili eniş edib
  13 Aprel 2023    Oxunub:1124
AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə AzVision.az -a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti