"Uzun müddət bağçaya gəlməyən uşaqlar çıxarılacaq" - Təhsil Nazirliyi

   "Uzun müddət bağçaya gəlməyən uşaqlar çıxarılacaq" -    Təhsil Nazirliyi
  13 Aprel 2023    Oxunub:2485
“Uzun müddət bağçaya gəlməyən uşaqların xaric olunması ilə bağlı müəyyən prosedurlar hazırlana bilər. Bununla bağlı normativ sənədlərə düzəliş etməklə həll yolu axtarılır”.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bağçalarda 75-85 % davamiyyət olur: "Yerdə qalan uşaqlar mütəmadi bağçaya gəlmir. "Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideynlər növbə gözləyir. Bu istiqamətdə monitorinq aparılır. Bu müddət ərzində davamiyyətə baxılıb. Bəzi hallarda belə məlumat daxil olur ki, növbədə gözləyənlər çoxdur, amma adları yazılanlar bağçaya gəlmir. Ümumilikdə monitorinq nəticələrinə görə bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmir. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb".

E.Əliyev qeyd edib ki, yay aylarında bağçalara qəbul prosesi açılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti