Bağçalara müşahidə kameraları quraşdırılacaq

   Bağçalara müşahidə kameraları quraşdırılacaq
  13 Aprel 2023    Oxunub:1241
Bu il üçün dövlət büdcəsi hesabına bir sıra bağçalarda müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, standartlarda müşahidə kameralarının olması ilə bağlı hər hansı müddəa yoxdur: "Lakin bağçalara ümumi nəzarət və uşaqların təhlükəsizliyi baxımından vacib amildir".

AzVision.az


Teqlər:



Xəbər lenti