Qərbi Azərbaycan İcması hərbçimizə işgəncə verilməsini pisləyib
"Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olub. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıların oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.
Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


