"Keçmiş məcburi köçkünlər yığılmış istilik borclarını ödəmir"

   "Keçmiş məcburi köçkünlər yığılmış istilik borclarını ödəmir"
  14 Aprel 2023    Oxunub:1143
2022-ci il üzrə istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib.
AzVision.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ötən ilin noyabrın 15-dən bu ilin aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 % təşkil edib.

"Təəssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bunlar:
•Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 – 27,7%,
•Yasamal rayonu, Parlament pr.4 – 26 %,
•Yasamal rayonu, Parlament pr.6 – 19%,
•Yasamal rayonu, Mirzəfətəli küçəsi 152 – 25,5%,
•Yasamal rayonu, M.Xiyabani 8A – 15%
•Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 – 24,0%,
•Nərimanov rayonu, F.Xoyski küçəsi 110- 27,3%
•Xətai rayonu, M. Hadi küçəsi 23 saylı bina – 27,51%
•Xətai rayonu, R. Məmmədov küçəsi 26 saylı bina – 17,1 %
•Binəqədi rayonu Azadlıq prospekti 32/96 saylı bina – 13,4%
•Suraxanı rayonu, Hafiz Quliyev küçəsi 22 saylı bina – 14%
•Suraxanı rayonu, Zaur Şərifov küçəsi 24 saylı bina – 17,4%
•Səbail rayonu, S. İbrahimxəlilov küçəsi 4a saylı bina – 23%

İ.Mirzəliyev qeyd edib ki, əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır.

"Görülən işlər nəticəsində son mövsüm ərzində keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,9%) alınmasına baxmayaraq, əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti