Yeni kənd təsərrüfatı naziri kimdir? - DOSYE

   Yeni kənd təsərrüfatı naziri kimdir? -    DOSYE
  14 Aprel 2023    Oxunub:3687
Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
AzVision.az xəbər verir ki, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Muhasibat uçotu və audit fakültəsində təhsil alıb.

SABIT (Special American Business Internship Training) Proqramı Aqrobiznesdə İnnovasiya və Səmərəlilik proqramını mənimsəyib və Niderlandda Wageningen Universitetində Qida və Kənd Təsərrüfatı Biznesinin İdarə Edilməsi və Qida və Aqrobiznesdə İdarəetmə üzrə İcraçı vəzifəsində olub.

Eyni zamanda Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb. Məcnun Məmmədov bundan başqa “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb. O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində işləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti