Zəngilan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib
Qeyd edək ki, Salmanov Tariyel Ayaz oğlu 05.08.1955-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. 1973-1979-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1979-1980-ci illərdə 24 nömrəli Şəhər Xəstəxanasında internatura təhsili alıb.
1980-1985-ci illərdə Zəngilan Rayonu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında növbətçi həkim, Zəngilan rayonun Şayıflı sahə xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərib. 1987-1992-ci illər ərzində Şayıflı sahə xəstəxanasının baş həkimi vəzifəsində işləyib. 1992-1993-cü illərdə Azərbaycanın Milli Ordusunda könüllü olaraq həkim-terapevt kimi işləyib. 1993-1998-ci illər ərzində Zəngilan Rayonu Tibbi Sosioloji Ekspert Komissiyasının sədri olub.
2015-ci ildən etibarən Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2019-cu ildən isə tibb müəssisəsinin direktoru vəzifəsində fəaliyyət göstərib.
TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


