Zəngilan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib

   Zəngilan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib
  14 Aprel 2023    Oxunub:1979
TƏBİB-in tabeliyindəki Zəngilan Rayon Mərkəzi Xəstəxanasının direktoru Tariyel Salmanov 13.04.2023-cü il tarixində uzun müddət müalicə aldığı tibb müəssisəsində poliorqan çatışmazlığından (ürək, qaraciyər, böyrək çatışmazlığı və ikitərəfli pnevmoniya) vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edək ki, Salmanov Tariyel Ayaz oğlu 05.08.1955-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. 1973-1979-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1979-1980-ci illərdə 24 nömrəli Şəhər Xəstəxanasında internatura təhsili alıb.

1980-1985-ci illərdə Zəngilan Rayonu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında növbətçi həkim, Zəngilan rayonun Şayıflı sahə xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərib. 1987-1992-ci illər ərzində Şayıflı sahə xəstəxanasının baş həkimi vəzifəsində işləyib. 1992-1993-cü illərdə Azərbaycanın Milli Ordusunda könüllü olaraq həkim-terapevt kimi işləyib. 1993-1998-ci illər ərzində Zəngilan Rayonu Tibbi Sosioloji Ekspert Komissiyasının sədri olub.
2015-ci ildən etibarən Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2019-cu ildən isə tibb müəssisəsinin direktoru vəzifəsində fəaliyyət göstərib.
TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!

AzVision.az


Teqlər:



Xəbər lenti