“Məni Baş Prokurorluğa çağırdılar, izahat verdilər ki, artıq məsələ Prezidentin nəzarəti altındadır. Prezident Administrasiyası tərəfindən Baş Prokurorluğa müraciət olunub. Dövlət bu işin üstünə düşüb ki, uşaqlar tez bir zamanda eməni əsgərləri ilə dəyişdirilib salamat geri qaytarılsın. Bizə bu xəbər gecə verilib”.
Ermənistanda saxlanılan digər əsgərimiz Hüseyn Axundovun anası Şəlalə Axundova hazırda Baş Prokurorluqda olduğunu bildirib.
“BQXK ilə əlaqə yaradıram, soruşuram. Bəlkə, elə mənim uşağımı öldürəcəklər. Onlara baş çəkilibmi, onlar qorunmaya alınıbmı? Xəbər gözləyirik. Vaxt itirilməsin.
Övladımın hərbi xidmətinin başa çatmasına 5 ay qalmışdı. İki qardaş, iki bacıdırlar”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


