"Müəllimi döyməmişəm" - Naxçıvanın məktəb direktoru

 "Müəllimi döyməmişəm" -    Naxçıvanın məktəb direktoru
  14 Aprel 2023    Oxunub:1648
Şahbuz rayon Daylaqlı kənd orta məktəbində direktor və müəllim arasında insident olması barədə məlumat paylaşılıb . Belə ki, qeyd edilir ki, məktəbin direktoru Yenubar Hüseynov tarix müəllimi Məhərrəm Gülmalıyevə şillə vurub.
Naxçıvanda direktor etiraz edən müəllimi döydü

AzVision.az -a danışan direktor məlumatın yalan olduğunu deyib:

"Bu, "fake" xəbərdir, əsası yoxdur. Məktəbdə hər hansı iməclik, müəllimlə mənim aramda dava olmayıb. Bu xəbəri yayanlar məni istəməyənlərdir və yalan informasiya yayırlar. Bu haqda Təhsil Nazirliyinə, Naxçıvan Təhsil Şöbəsinə, rayon icra hakimiyyətinə məlumat vermişəm. Dərslərimiz öz axarı ilə gedir və heç bir insident yoxdur".

Qeyd edək ki, yayılan məlumatda Daylaqlı kənd orta məktəbində tarix müəllimi Məhərrəm Gülmalıyevin müəllimlərin iməcliyə çıxarılmasına etiraz etdiyi qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  



Xəbər lenti