İlk Prezident təqaüdçüsü: "Onun nəticəsidir ki, bu gün öz ailəmə baxa bilirəm"
2001 və 2002-ci illərdə prezident təqaüdünə layiq görülmüş şəxslərdən olan S.Məmmədov bunun onun karyerasındakı rolundan danışıb.
O, 14 yaşında gözdən əlil olduğu üçün təhsilini kor və zəif görənlər üçün respublika orta internat məktəbində davam etdirib: “564 balla BDU-nun Filalogiya fakültəsinə qəbul oldum. Atam vəfat etmişdi. Ailədə söhbət gedirdi ki, imkansızlığa görə qiyabi oxuyum. Bu da mənə pis təsir edirdi. Həmin vaxtda xəbər gəldi ki, mən prezident təqaüdünə düşmüşəm. Mən də başladım təhsil almağa. Həmin illərdə prezident təqaüdü mənə çox dəstək oldu”.
Hazırda 42 yaşı olan Sübhan Məmmədov AMEA-da elmi işçi kimi fəaliyyət göstərir. Evlidir, üç övladı var.
Daha ətraflı videomaterialda:
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


