"İrəvanda Azərbaycan bayrağının yandırılması şounun parçası olub" - Deputat

   "İrəvanda Azərbaycan bayrağının yandırılması şounun parçası olub" -    Deputat
  15 Aprel 2023    Oxunub:1439
İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Aliyev deyib.

"Çünki bayrağı yandıran dığa-Aram Nikolyan həmən şounun stilistidir. Bu vandallıqdan sonra idmançılarımızın orada qalıb yarışmalarının düzgün olub-olmadığını uyğun qurumlar bilərlər, amma Aram Nikolyana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsi üzrə iş açılmalıdır. Və bu terrorçu geni gəzdirən dığanın Beynəlxalq Dizaynerlər Assosiasiyasınından qovulması məsələsi qaldırmalıdır".

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

İlkin məlumatlara görə, Nikolyana xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti