Azərbaycanda 79 nəfər də koronavirusa yoluxub, 6 nəfər ölüb

 Azərbaycanda 79 nəfər də koronavirusa yoluxub, 6 nəfər ölüb
  15 Aprel 2023    Oxunub:1204
Azərbaycanda koronavirusa 79 yeni yoluxma qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 830 780 nəfər koronavirusa yoluxub. Onlardan 820 094 nəfər müalicə olunaraq sağalıb, 10 212 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 474 nəfərdir.

Son sutkada 1 298, hazırkı dövrədək isə 7 575 517 test aparılıb.

AzVision.az



Teqlər: Kovid   Statistika  



Xəbər lenti