Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılmasını pisləyib
“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir.
Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir".
Federasiya Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin həyata keçirilməsini izləyəcək.
Avropa Ağır Atletika Federasiyası baş verənlərə təəssüf edib. Qeyd edilib ki, Federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib.
AzVision.az
Teqlər: Ağır-Atletika-Federasiyası İrəvan Azərbaycan-Bayrağı







Vaxtında, Aydın, Lazımlı!


