Şəhidin ailə üzvləri qəzaya düşdü
Nəticədə bir ailənin üç üzvü - Quliyev Natiq Akif oğlu, Quliyeva Təranə Hüseyn qızı, Quliyev Həsən Natiq oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, kəllə-beyin travması alan T.Quliyevanın vəziyyəti ağırdır. Digər iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan şəxslər İkinci Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin ailə üzvləridir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


