Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədi ilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib. Bununla əlaqədar, gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində “Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet səhifəsində https://youthfoundation.az/?p=153672, GencApp mobil tətbiqi və sosial şəbəkələrdə) yerləşdirilib.
Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.
İclasda həmçinin, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaqdır.
Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə – Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


