"28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi" - Prezident

  "28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi" -    Prezident
  03 May 2023    Oxunub:1270
"Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında bildirib.
"Əgər sülh istəmirsə, sülh olmayacaq" - İlham Əliyev

İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlət başçısı qeyd edib: “İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.

AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan  



Xəbər lenti