Fəridin anasına şok ittiham: "Uşağın meyitində diş izləri aşkarlanıb"

      Fəridin anasına şok ittiham:    "Uşağın meyitində diş izləri aşkarlanıb"
  03 May 2023    Oxunub:3479
"Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb".
AzVision.az xəbər verir ki, bunu LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Ləman Ələşrəfqızı sosial media hesabında yazıb. O bildirib ki, Fəridin anası uşağa işgəncələr verirmiş:

"Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından biri olub. O nələr görüb, nələr. Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib. Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs, bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır. Qısası, "ana havalanıb", "bədbəxt, zavallı ana" ifadələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır".
Fəridin anası: "Uşağım o dünyaya ac getdi" - VİDEO

Qeyd edək ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçiriyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.





Həmçinin oxuyun
Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Fərid   MehmanXəlilov   Cinayət  



Xəbər lenti