İranlı deputat: "Dərman qıtlığı problemi hərtərəfli böhrana çevriləcək"
“Ötən həftə bir sıra mühüm dövlət qurumlarının təmsilçilərinin işyirakı ilə ötən həftə keçirilən müşavirədə etiraf olundu ki, həll yolu düşünülməsə, bu məsələ siyasi, sosial-iqtisadi, səhiyyə və tibbi böhranına çevrilə bilər. Sosial Müdafiə təşkilatının xəstəxanalara 9 trilyon tümənlik, hökumətin isə bu quruma “on dəfələrlə” artıq borcu var. Hətta xəstəxanaların təcili yardım şöbəsində də dərman qıtlığı yaranır və insanlar dərmanı xəstəxanadan kənarda axtarmağa məcbur olurlar. Problemin əsas hissəsi kifayət qədər dərman istehsal olunmamasıdır, çünki dərmanların maya dəyəri təyin olunmuş qiymətdən bahadır”, - iranlı deputat vurğulayıb.
Humanitar malların, o cümlədən dərmanların idxalının ABŞ sanksiyalarından azad olunmasına baxmayaraq, ötən illər ərzində hökumət ölkədəki dərman böhranını həmin sanksiyalarla əlaqələndirir və sanksiyaların “adi insanları” hədəfə aldığını iddia edir.
Həmçinin Avropa ölkələri İranla humanitar malların ixracı üçün ABŞ-ın icazəsi ilə “İNSTEX” mexanizmini işə salsalar da, İran bu mexanizmdən istifadə etmədiyinə görə, ötən ilin martında onun fəaliyyətini dayandırdılar.
Bununla bağlı Fransa və Almaniyanın Xarici İşlər nazirliklərinin yaydıqları birgə bəyanatda İranın INSTEX mexanizmindən imtina etməsi Tehranın dərman və digər həyati əhəmiyyətli malların ixracı sahəsində əməkdaşlda öz xalqının mənafeyinə zidd siyasət seçdiyi kimi qiymətləndirilib.
AzVision.az