“Asayiş yüksək səviyyədə qorunacaq” – Özbəkistan DİN |
Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir. Saat 8-9 arası güclü seçici aktivliyi hiss olunub. İnsanlar seçkiyə uşaqlarını da gətirir və bülletini qutuya salmağı çoxları övladına həvalə edir ki, onlarda da seçkiyə maraq yaransın.
Qeyd edək ki, Özbəkistanın Mərkəzi Seçki Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib ki, MSK mayın 10-dan seçki hazırlıqlarına start verib və tədbirlər planını təsdiqləyib. Ölkədə 10784 seçki məntəqəsi yaradılıb. Həmin məntəqə üzvlərinin ümumi sayı 108399 nəfərdir. Bunların 47,9%-i kişilər, 52,1%-i qadınlardır. Həmçinin üzvlərin 51%-i yaşı 40-dan az olan gənclərdir.
Seçkiləri izləmək üçün “Saylov-2023” proqram təminatı yaradılıb. 19.593.838 nəfərin adı dəqiqləşdirilərək, seçicilərin vahid siyahısına daxil edilib. Hər bir vətəndaşa adının siyahıda olub-olmadığını dəqiqəşdirmək imkanı yaradılıb.
Seçkilərin keçiriləcəyi 208 rayon və şəhərdəki seçki məntəqələrinin hər birində azı iki kamera quraşdırılıb. Onlar prosesin gedişini canlı yayımlayacaqlar. Canlı yayım həm MSK-nin saytında, həm də mərkəzi televiziyada veriləcək.
Seçkiləri izləmək üçün 797 xarici müşahidəçi qeydə alınıb. Yerli müşahidəçilərin sayı 53677 nəfərdir. 1400 yerli və xarici media orqanı prosesin gedişini işıqlandırmaq üçün cəlb olunub. Onların 125-i xarici media orqanıdır.
Seçki gününü vətəndaşlara xatırlatmaq üçün onların telefonlarına SMS-lər göndərilib.
Fiziki imkanları məhdud olan vətəndaşların səs verə bilmələri üçün xüsusi imkanlar yaradılıb. Namizədlərin təbliğatı surdotərcümə və brayla əlifbası ilə də yayımlanıb.
Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparacaq.
Özbəkistan seçkiyə hazırdır – MSK sədri detalları açıqladı
Özbəkistan: Növbədənkənar seçki nə vəd edir – TƏHLİL
AzVision.az