Böyük siyasətdə şəxsiyyət amili

  Böyük siyasətdə şəxsiyyət amili
  10 İyul 2023    Oxunub:1721
Bütün dövrlərdə bu və ya digər xalqın qazandığı uğurlarda, regional və qlobal miqyasda nüfuzunun güclənməsində ölkəyə rəhbərlik edən şəxsin rolu barədə ciddi diskussiyalar aparılır. Bu müstəvidə iki əks mövqenin olmasına baxmayaraq, ən azı son onilliklərdə dünyada yaşanan mürəkkəb və ziddiyyətli porseslər istənilən halda böyük siyasətdə şəxsiyyətin rolunun çox əhəmiyyətli faktoro lduğunu təsdiqləyir.
Sözsüz ki, bu və ya digər siyasi fiqirin şəxsiyyət kimi qəbul edilməsi ilk növbədə onun öz xalqına verdiyi vədləri yetriməsindən asılıdır. Bu baxımdan, 20 il əvvəl Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevlə ona Ermənistan rəhbərliyindən daha çox təzyiq göstərməsi ilə lovğalanan Fransa prezidenti Emmanuel Makron arasında müqayisə aparmaq çox maraqlıdır.

Vədlər və əməllər
2003-cü ildə seçicilərin 76%-nin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilən İlham Əliyev ilk andiçmə mərasimində onun üçün ən böyük dəyərin öz xalqının iradəsinə və dövlətçilik maraqlarına söykənən daxili və xarici siyasət aparmağın, güclü iqtisadiyyatın yaradılması və vətəndaşların rihahının durmadan artırılması olduğunu bildirdi.

Prezidentliyinin ilk günündən onun öz xalqına verdiyi ən önəmli vəd isə ölkənin ərazi bütövlüyünün müzakirə mövzusu olmasına və Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyi, işğal altındakı torpaqlarımızı azad edəcəyi barədə içdiyi and idi. Bunun üçün isə İlham Əliyev Azərbaycanın qüdrətli ordusunun yaradılması barədə öz xalqı qarşısında öhdəlik götürdü. Onu da nəzərdən qaçırmayaq ki, həmin vədlərin verildiyi dönəmdə Azərbaycanın imkanları çox məhdud idi.

Həmin vaxtdan bəri daha 3 dəfə İlham Əliyevi dəstəkləyən Azərbaycan vətəndaşları onu ölkənin ən ali postuna seçiblər. Özü də hər dəfə ona göstərilən etimadın səviyyəsi əvvəlki göstəricilərdən yüksək olub.

Bu etimadı isə İlham Əliyevin öz xalqına yalan vədlər verməməsi və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə şərtləndirilir. Bu gün Azərbaycanın bütün parametrlər üzrə Cənubi Qafqazın lideri olması, bir sıra göstəricilər üzrə MDB məkanında ön sıralarda yer alması məhz həmin vədlərin yerinə yetirilməsinin nəticəsidir. İnsanların rifahının dayanıqlı yüksəlişinin təminatı yönündə atılan addımlar vədi də ardıcıl surətdə həyata keçirilir.

Dünyannın 50 güclü ordusu sırasında yer alan qüdrətli Azərbaycan Ordususnun yaradılması isə ərazilərimizin işğaldan azad olunmasının və nəhayət ki, hətta Ermənistan rəhbərliyinin də Qarabağın Azərbaycan ərazisi kimi tanımasını şərtləndirdi. Bu məsələdə Azərbaycan Prezidneti, ilk gündən dediyi kimi, bütün təzyiq cəhdlərinə baxmayaraq öz qətiyyətindən dönmədi.

Dünyadakı bütün azərbaycanlıların prezidneti olan və onların hamısının hüquqlarının keşiyində duran İlham Əliyev Azərbaycanda ənənəvi etno-konfessional siyasəti yeni keyfiyyət müstəvisinə qaldıraraq, ölkəmizi bütün dünyada multikulturalizmin ən sabit oazisinə çevrib.

Bəs Azərbaycan Prezidentinə hamıdan çox təzyiq göstərdiyini iddia edən Emmanuel Makron verdiyi vədləri yerinə yetridiyi ilə öyünə bilərmi?

2017-ci ilin may ayında ilk dəfə Fransanın prezidenti seçilən 39 yaşlı E.Makron ölkə tarixinə ən gənc prezident düşdü. Hərçənd, onun "seçilməsi" məsələsi çox mübahisəlidir. Çünki ali postu tutana qədər Fransanın iqtisadiyyat, sənaye və rəqəmsal işləri üzrə naziri olmuş Makronun Rotşildlər ailəsinin onu öz protejesi kimi hakimiyyətə gətirdiyi bildirilir. Həmin ssenarinin uğurla nəticələnməsi üçün isə seçkiqabağı kampaniyalarda millətçi və ifrat millətçi qüvvələrin fəallığı təmin olundu ki, bu da xalqın “demokrat” və liberal E.Makronu dəstəkləməsi ilə nəticələndi. Yeri gəlmişkən, Makronun ikinci dəfə prezidnet seçilməsində maraqlı olan qüvvələr bu kartdan ötən il də məharətlə istifadə etdilər.

Marqalıdır ki, 2017-ci ildə Makronun prezident seçilməsi ilə Fransada müstəqil texnokrat, liberal, enerjili intellektualın hakimiyyətə gəldiyi vurğulanırdı. Jurnalistlər isə, prezident seçkilərinin ikinci turunda Makronun qələbəsini,obrazlı şəkildə, “Xeyirlə Şərin son mübarizəsi” kimi qiymətləndirdilər.

Əslində Rotşildlərin ssenarisi əsasında hakimiyyətə gətirilən Makronun müsrtəqil olduğu böyük şübhə doğurur. Hadisələrin sonrakı inkişafı isə bu “intellektual”ın enerjisinin yalnız dağıdıcılıq fəaliyyətinə yönəldiyini sübuta yetirdi. “Xeyir və Şər” məsələsinə gəldikdə isə, Makronun hakimiyyəti illərində Fransa istər daxili, istərsə də xarici siyasət kursunda müstəsna halda Şərin hökm sürdüyü məkana çevrildi. Çünki Makronun simasında Fransada Şər qüvvələr hakimiyyətə yiyələniblər.

Hələ ötən ilin prezident seçkiləri ərəfəsində ən elementar hesablamalara förə, fransızların 40%-i Makronun 2017-ci ildə verdiyi vədlərə sadiq qalmadığını bildirirdi. Onun vətəndaşlara qarşı soyuqluğu, hissiyatsızlığı, yekəxanalığı və hətta nifrəti bu narazılığın əsas kompoenetləridir. İnsanlar onun daha çox pafoslu ciddiliyə və pozalı duruşa üstünlük veriyini, ümumiyyətlə, xalq adamı olmadığını vurğulayırlar. Makron hər yerdə olmaq və hər şeyə qadir rəhbər obrazı nümayiş etdirməyə çalışsa da “Sarı jiletlilər”in etiraz aksiyaları və onlara tutulan divanlar, habelə COVİD-19 böhranı onun xalqın problemlərindən nə qədər uzaq olduğunu sübuta yetirdi. Onun vergilərin artırılması, xüsusilə də pensiya yaşının arttırılması barədə qanunu parlamentdə səsverməyə çıarılmadan imzalaması Fransa xalqının rifahına vurulan ən ağır zərbələrdən biridir.

Son günlərdə ölkəni bürüyən iğtişaşlar isə Makronun apardığı etno-konfessional və irqi ayrı-seçkilik siyasətinin ən barzi nümunəsi kimi Fransa xalqının sözün əsl mənasında hazırda Şərlə üzləşdiyindən xəbər verir. Vətəndaşların girəvəyə salıb ona vurduqları şillə-qapazlar və üzünə çırpdıqları yumurtalar isə şeytana atılan daşların rəmzidir.



Xarici siyasət müstəvisində isə, Makron Fransasını aşağılayan ən təhqiramiz hadisə Atom sualtı qayıqlarının alınması barədə Avstraliyanın Parislə 56 milyard dollarlıq müqavilədən imtina etməsi olbu. Rəsmi Kanberra bu qayıqları yeni yaradılan AUKUS (Australia, United Kingdom, United States) təhlükəsizlik üzrə üçtərəfli pakt çərçivəsində müttəfiqləri olan ABŞ və Böyük Britaniyadan alacağını bildirdi. Əslində bu fakt Fransannın müttəfiqləri olan dövlətlərin belə Makrona təlxək kimi yanaşmalarının göstəricisidir.

Əslində kim kimə təzyiq göstərir ?

Dövlət başçısı kimi nəinki seçkiqabağı kampaniyalarda verdiyi vədləri yerinə yetirməyən, hətta onu yeni fəlakətlər uçurumuna sürükləyən Emmanuel Makronun Azərbaycan Prezidentinə hamıdan çox təzyiq göstərdiyi barədə iddiaları çox gülməli görünür.

Əvvəla, ona görə ki, Makron İlham Əliyevə heç vaxt təzyiq edə bilməyib, bilmir və bilməyəcək də. Sadəcə, buna cəhd göstərib, lakin nail olmayıb. Bu isə, odessalılar demişkən, iki müxtəlif anlayışlardır. Başqa sözlə desək, Makron Fransanın erməni icmasından növbəti dəfə ianə almaq üçün arzu etdiyini onlara həqiqət kimi sırımağa çalışıb ki, bu da “iki bacı”ya aid olan problemdir.

Amma bu “bacı”lar bir balaca özlərinə düşünmək əziyyəti verib çox yaxın keçmişin hadisələrinə diqqət yetirsəydilər, görərdilər ki, Azərbaycan Prezidentini “təzyiq”lər vasitəsi ilə şantaj etmək cəhdi korafəhmlikdir. “Futbol diplomatiyası”nın və Türkiyə-Ermənistan sərhədinin aşılması istiqamətində Sürix protokolları ilə bağlı Barak Obamanın təzyiq cəhdlərinin iflasa uğraması bunun ən bariz nümunəsidir. Soros tərəfindən müxtəlif ssenarilərin, “rəngli inqilab” cəhdlərinin, “Milyanerlər ittifaqı” layihəsinin İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində puça çıxarılması da məhz belə sübutlar sırasında yer alan məqamlardır.

Azərbaycan Prezidentinin tarixən Fransa imperializmindən əziyyət çəkmiş xalqların, xüsusən də Afrika və Asiya ölkələrinin hüquqlarının Makron Frasnsası tərəfindən indinin özündə belə kobud şəkildə pozulamsı məsələsini Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə sərt şəkildə tənqid etməsi rəsmi isə Parisə məhz təzyiqdir. Ona görə ki, İlham Əliyevin bu ifşaedici çıxışı həmin toplantının bütün iştirakçıları tərəfindən dəstəklənib. Yeri gəlmişkən, Azərbaycan Prezidenti yalnız Bakıda yox, ötən il noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının zirvə toplantısında da Fransanın neoimperializm siyasətini sərt şəkildə tənqid edib.

Məhz Azərbaycan Prezidentinin bu siyasəti Fransanın siyasi rəhbərliyinə təzyiq kimi qiymətləndirilə bilər. Çünki BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən birinə və nüvə silahına malik dövlətə qarşı belə əsaslı və sərt ittihamları yalnız sözün əsl mənasında təsir və təzyiq göstərə bilən siyasi fiqur və şəxsiyyət səsləndirə bilər. İlham Əliyevin BMT TŞ-də Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrə veto hüququ ilə rotasiya əsasında yer verilməsi barədə təklifi artıq bir neçə dəfə gündəmə gətriməsi isə yeni dünya nizamının formalaşmasında dünyanın güc mərkəzlərindən müasir reallıqları nəzərə almaq tələbidir.

Bu baxımdan, belə mürəkkəb və təlatümlü, dövlətlərin üçüncü dünya müharibəsi astanasına yaxınlaşdığı bir dövrdə və yeni dünya nizamının formalaşması ərəfəsində Azərbaycanda İlham Əliyev kimi güclü şəxsiyyətin hakimiyyətdə olması çox önəmli amildir.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:





Xəbər lenti