Perinatal Mərkəzdəki 60 uşaq 6 xəstəxanaya təxliyə edilib

   Perinatal Mərkəzdəki 60 uşaq 6 xəstəxanaya təxliyə edilib
  09 Yanvar 2024    Oxunub:1107
Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 körpə təxliyə edilib.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.

Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir: “Körpələr TƏBİB-in tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur”.

O qeyd edib ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb müəssisəsidir: “Buradakı körpələr ya vaxtından əvvəl, ya da yanaşı patologiya ilə doğulanlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma olmayıb”.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd isə jurnalistlərə açıqlamasında bildirib ki, Respublika Perinental Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb.

Həmçinin oxu:
Perinatal Mərkəzdə yanğın, bir nəfər zəhərlənib - TƏBİB rəhbərliyi hadisə yerində
Perinatal Mərkəzdə yanğının təfərrüatları məlum olub - FOTOLAR+VİDEO
"Mərkəzdə müalicə alan 90 xəstədən 50-si təxliyə olunub" - Vüqar Qurbanov
Perinatal Mərkəzdəki yanğında 4 körpə ölüb
Baş prokuror: "Ölən uşaqlar yanıq xəsarətləri alıblar"
“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Prezidentin köməkçisi
Perinatal Mərkəzindəki yanğının təfərrüatları məlum oldu
"Yanğından sonra KTM-ə 26, Sabunçu xəstəxanasına 6 körpə gətirilib, vəziyyətləri stabildir"

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti