"Sabah" "Qarabağ"dan xal aldı

   "Sabah" "Qarabağ"dan xal aldı
  11 Fevral 2024    Oxunub:873
Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib. AzVision.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Lider “Qarabağ” 5-ci pillədəki “Sabah”ı qəbul edib. Dramatik məcrada keçən görüşdə qapılara 6 qol vurulub. Görüşün baş hakimi Rəvan Həmzəzadə oyunda 4 penalti təyin edib. Bol qollu oyunda hesab 3:3 olub.
Sözügedən komandalar bu ay Azərbaycan kubokunun 1/4 finalında da üz-üzə gəliblər. Ağdam təmsilçisi 2 oyunun nəticəsinə (7:1, 3:4) əsasən yarımfinala yüksəlib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.

22-ci tur

11 fevral (bazar)

19:00. “Qarabağ” – “Sabah” - 3:3


Qollar: Marko Yankoviç, 31-pen. (1:0), İshak Belfodil, 45+1-pen. (1:1), 54-pen. (1:2), Olavio Juninyo, 64-pen. (2:2), Tellur Mütəllimov, 90+5 (2:3), Yassin Benzia, 90+7 (3:3)

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Tofiq Bəhramov adına Respublika Stadionu

AzVision.az


Teqlər:





Xəbər lenti