Tonoyanın bəyanatında deyilir ki, onun yararsız elan edilmiş raketlərlərin tam araşdırılması və orduda olan digər raketlərlə müqayisəsinin aparılmasına ilə bağlı müraciətləri məhkəmə tərəfindən rədd edilib. Məhkəmə, həmçinin mərmilərin keyfiyyəti ilə bağlı ekspertlərdən rəy almağa da imkan verməyib.
Tonoyan: "Müasir müharibəyə hazır deyildik" |
O da vurğulanıb ki, əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini saxlaması üçün zəruri olan raketlərin yoxlanılmasına da diqqət yetirməlidir.
Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketlər almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunaraq 2021-ci ildə həbs edilib. Bu cinayət işində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunublar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.
AzVision.az