Bakıda hoteldə yanğın söndürülüb - YENİLƏNİB

   Bakıda hoteldə yanğın söndürülüb -  YENİLƏNİB
  20 Aprel 2024    Oxunub:936
Bakının Səbail rayonunda hoteldə meydana gələn yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

* * *

19:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti