Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur
77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.
Məlumata görə, müsabiqəyə 11 ölkədən: Azərbaycan, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ namizədlər qoşulacaq.
Festivalda ölkəmizin təmsilçisi "Sanki yoxsan" filmi ilə rejissor Azər Quliyevdir.
Müsabiqə üzrə müfakatın - "Qızıl palma budağı"nın qalibi mayın 25-də açıqlanacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: Kann-Festivalı film Azərbaycan