Mask Qərbdə vətəndaş müharibəsi olacağını proqnozlaşdırıb

   Mask Qərbdə vətəndaş müharibəsi olacağını proqnozlaşdırıb
  24 Aprel 2024    Oxunub:510
Amerikalı milyarder və sahibkar İlon Mask gec-tez Qərbdə vətəndaş müharibəsinin başlayacağını deyib.
AzVision.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Musk qeyd edib ki, istəsək də, istəməsək də, müharibə hər halda başlayacaq.

Bundan əvvəl Mask ABŞ-ın hazırkı rəhbərliyinin yürütdüyü miqrasiya siyasətini dəlilik adlandırmışdı.

“Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın Birləşmiş Ştatlara daxil olmasına icazə vermək ağılsızlıqdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, son üç ildə ölkəyə 7,2 milyona yaxın qanunsuz miqrant gəlib. Onların sayı isə Amerikanın 36 ştatının əhalisindən çoxdur.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: ABŞ   İlonMask  





Xəbər lenti