İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir - VİDEO

   İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir    - VİDEO
  02 May 2024    Oxunub:599
Ermənistanın radikal təşkilatlarından olan “Kamk” hərəkatı hökumət binası qarşısında etiraz aksiyası keçirir.
AzVision.az xəbər verir ki, hərəkatın rəhbəri Vaaqn Çaxalyan səsgücləndirici ilə çıxış edərək İrəvanın Azərbaycan torpaqlarını geri qaytarmaqla bağlı yürütdüyü siyasətə son qoyulması və Tavuşdakı ərazilərin Azərbaycana verilməməsi tələbini ortaya qoyub.

96 yaşlı erməni aksiyada döyüldü - VİDEO
Etirazçılar həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər.

“Biz bu hökumətə müqavimət göstərməyə çalışırıq. Resurslarımız yoxdur. Amma yenə də bacardığımız qədər mübarizə aparırıq”, - Çaxalyan qeyd edib.

Xatırladaq ki, Çaxalyan erməni separatçı hərəkatının rəhbərlərindəndir, 2020-ci ildə Qarabağda döyüşüb. O ötən ay İrəvanda saxlanılmışdı.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   İrəvan  





Xəbər lenti