"Hizbullah"ın yüksək rütbəli personalı Beyrutu tərk edir

   "Hizbullah"ın yüksək rütbəli personalı Beyrutu tərk edir
  02 Avqust 2024    Oxunub:360
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının yüksək rütbəli nümayəndələri paytaxt Beyrutun cənubundakı qərargahlardan çıxmağa başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Belə bir addıma səbəb kimi İsrailin Livana qarşı gözlənilən genişmiqyaslı hücumu göstərilir.

Terror təşkilatı həmçinin öz hərbi texnikasını da daha uzaq ərazilərə köçürür.

Hərçənd "Hizbullah" nümayəndələri bu xəbəri yalanlayıblar.
Yaxın Şərqdə ikinci cəbhə: Livan "Hizbullah"ın güdazına gedəcəkmi?

Xatırladaq ki, ötən ilin oktyabrında Qəzzada başlayan müharibəyə paralel şəkildə İsrail və "Hizbullah" arasında da sərhədboyu toqquşmalar baş verir. Son günlərdə bu toqquşmalar daha da intensivləşib. Belə ki, "Hizbullah" terrorçuları İsrailin nəzarətindəki Colan təpələrinə ağır raket hücumu həyata keçiriblər. İsrail hücuma cavabən əməliyyat hazırlandığını diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti