Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib. Qeyd olunub ki, Dövlət katibi Antoni Blinken Venesuelada keçirilən prezident seçkilərindən sonra müxalifət liderlərinin təhlükəsizliyi və rifahı ilə bağlı narahatlığını ifadə edib və hər hansı siyasi motivli zorakılığı və repressiyaları pisləyib.
Vurğulanıb ki, müxalifətin namizədi Edmundo Qonzales daha çox səs toplayıb və prezident seçkilərində qalib gəlib.
AzVision.az