Çin ordusu Filippinə xəbərdarlıq edib

    Çin ordusu Filippinə xəbərdarlıq edib
  10 Avqust 2024    Oxunub:876
Avqustun 8-də Filippin Hərbi Hava Qüvvələrinə məxsus NC-212 təyyarəsi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cənubi Çin dənizindəki Huanyan rifinin hava məkanına qanunsuz daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

“Çin ordusu peşəkar və qanuni olaraq Filippin təyyarəsinə xəbərdarlıq edib və onu hava məkanından uzaqlaşdırmaq üçün hərəkətə keçib. Biz Filippin tərəfinə birbaşa bəyan edirik ki, o, pozuntuları və təxribatları dərhal dayandırmalı, təhrif və spekulyasiyalardan əl çəkməlidir”, - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti