67 şirkət və 10-a yaxın dövlət təşkilatı ilə yanaşı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müxtəlif innovativ layihələrlə burada təmsil olunub.
Tədbirin məqsədi ölkələr arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, yerli bizneslər arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin qarşılıqlı faydalı tərəfdaşlıq potensialının müzakirəsi olub.
Sərgi çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi və Turin Politexnik Universitetinin rektoru arasında görüş baş tutub. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, “ASAN xidmət” və burada tətbiq olunan rəqəmsal həllər, eyni zamanda digər fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Tərəflər arasında müvafiq fəaliyyyət istiqaməti üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
AzVision.az