Ötən il oktyabrın 7-də İsrailə hücumun təşkilatçılarından biri, HƏMAS terror təşkilatının "Nüxbə" bölməsinin ali hərbi komandiri Əhməd Vədiyyə öldürülüb.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, o, Qəzza şəhərində terrorçuların qərargah kimi işlətdikləri "Əl-Əhli" xəstəxanasının binasına aviazərbə nəticəsində yeddi HƏMAS üzvü ilə birlikdə həyatını itirib.
Bildirilir ki, o, 7 oktyabr hücumu zamanı İsrailin Netiv-Hasara qəsəbəsində 21 nəfərin (o cümlədən uşaqlar) qətlə yetirilməsindən məsuldur.