Rusiya ballistik raketlər alır

Rusiya ballistik raketlər alır
  06 Sentyabr 2024    Oxunub:239
Rusiya ötən ilin dekabrında bağlanmış müqavilə çərçivəsində yaxın zamanlarda İrandan iki növ ballistik raket partiyası ala bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Hər iki tərəf silah üçün mübarizə aparır, Rusiya daxili istehsalını artırsa da, İran və Şimali Koreyadan silah tədarükünə ehtiyacı var”, - hərbi analitik Şon Bell bildirib.

O qeyd edib ki, İranın Rusiyaya ballistik raketlər verməsi qaçılmaz görünür. Bunlar iki növ qısamənzilli ballistik raketlər olacaq.

Onun sözlərinə əsasən, son həftələrdə Rusiya hərbçiləri İranda təlim keçib. Bu təlimin təfərrüatları məlum olmasa da, silahların tezliklə tədarük ediləcəyindən xəbər verir.

AzVision.az



Teqlər:





Xəbər lenti